Məşhurların milyonluq villaları

  • By admin
  • 30 İyun 2020 12:27

Mart və iyun aylarında karantin müddətində İstanbulda villaların qiymətlərində sürətli artım müşahidə edilib. 

Gununsesi.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, məşhurlar son vaxtlar karantın günlərində istirahət etmək üçün hotellərə deyil, öz evlərinə üstünlük verirlər.

Villa alan məşhurlara gəlincə Seda Bakan və həyat yoldaşı Ali Erel övladları ilə birlikdə Bodrumda 3 milyon TL (7434 min AZN) dəyərində villa alıblar.  Aktrisa Ebru Şahin Çeşmədə villa alıb. Müğənni Özcan  Deniz 6 milyon TL (1,5 milyon AZN) dəyərində Bodrumda – Yalıkavakda villa sahibi olub. Aktyor Enis Arıkan isə Çeşmədə 1,5 milyon TL (372 min AZN) dəyərində villa alıb və ən yaxın dostu Ezgi Mola ilə qonşu olub.

Gununsesi.org