Maaş, tərçüməçi, otaq verilməyəcək - "AND" İÇMƏYƏN DEPUTATLARA

  • Müəllif: admin
  • 12 İyul 2017 20:46

tbmm

Türkiyə parlamentində Daxili Nizamnamənin dəyişdirilməsi ilə bağlı müzakirələrə start verilib.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, TBMM-in Daxili Nizamnaməsinin dəyişdirilməsi təklifi hakim AKP və parlamentdəki ikinci müxalifət partiyası MHP-dən gəlib.

Onlar Daxili Nizamnamənin dəyişdirilməsi yönündə 18 dəyişiklikdən ibarət qanun layihəsi təşəbbüsü ilə çıxış edib və adıçəkilən sənədi TBMM başqanına veriblər.

Bu gün isə TBMM-in müvafiq komissiyasında bu istiqamətdə müzakirələrə başlanılıb.

Dəyişikliklərə əsasən, TBMM-in plenar iclasları axşam saat 21-dək davam edəcək.

Eyni zamanda, plenar iclaslar fasiləsiz canlı yayımla yayınlanacaq.

“Frak” geyinmə məcburiyyəti aradan qaldırılacaq.

Həmçinin, TBMM-də and içməyən millət vəkili deputalar üçün nəzərdə tutulan haqqlardan-imtiyazlardan yararlana bilməyəcəklər. Onlara maaş, danışman-tərcüməçi, otaq verilməyəcək və sair…

Qeyd edək ki, hələlik CXP və HDP adıçəkilən dəyişikliklərlə bağlı müsbət fikirdə olmadıqlarını bildiriblər.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info