Macarlarla türklər qohumdur? – MARAQLI ARAŞDIRMA

  • By admin
  • 19 Mart 2018 19:06

Macarıstanda aparılan araşdırma yüz illərlə davam edən milli kimlik mübahisəsini yenidən alovlandırıb.

Gununsesi.info xəbər verir ki, qədim macar kralının sümüyündən alınan genetik testin nəticəsinə əsasən macarların kökünün Asiyaya dayandığı ortaya çıxıb.

Günümüzdə, əlbəttə ki, macarlar Orta Avropa kökənli xalq kimi tanınır. Onlar min illər öncə bu torpaqlara yerləşdiklərindən iqlimə uyğunlaşmış, genetikaları yaxın ərazilərdə yaşayan xalqların kökü ilə bənzərlik təşkil etmişdir.

Lakin aparılan araşdırma bu fikirləri alt-üst etdi. Belə ki, min il əvvəl yaşamış və Macarıstanın ilk kralı kimi tanınan III Belanın sümüyündən alınan nümunə macarların kökünün Asiyadan gəldiyini göstərib.

Qeyd edək ki, qədim dövrləri əhatə edən elmi qaynaqlarda macar xalqı və macar dili anlayışına rast gəlinmir. Bu da tədqiqatı xeyli çətinləşdirir. Macar dilinin heç bir dillə yaxınlığı yoxdur. Bu dilin türk, hətta fin dilinə bənzəməsi mövzusunda iddialar mövcuddur.

Gununsesi.info