
Venesuela prezidenti Nikolas Maduro ölkədə erkən parlament seçkilərinin keçirilməsinə hazır olduğunu bəyan edib.
Gununsesi.org-un “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə o, Karakas şəhərində tərəfdarlarının iştirakı ilə baş tutan mitinqdə bildirib.
“Onlar seçki istəyirlər? Biz parlament seçkilərini keçirəcəyik”, – deyə Maduro söyləyib.
Ölkənin qanuni prezidenti təklifin Venesuelanın Konstitusiya Assambleyası tərəfindən nəzərdən keçiriləcəyini qeyd edib.












