Maduro Putinlə görüşə gedir

  • By admin
  • 24 Sentyabr 2019 09:51

Venesuela Prezidenti Nikolas Maduro yaxın bir neçə saata Rusiyaya səfər edəcək.

Gununsesi.org-un “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə o, tvitter mikrobloqunda məlumat verib.

“Bu, mənim Rusiyaya rəsmi səfərim olacaq. Mən dostum və yoldaşım Prezident Vladimir Putin və onun komandası ilə görüşəcəm”, – deyə Venesuela dövlət başçısı bildirib.

Həmçinin, o Rusiya şirkətlərinin rəhbərləri ilə də danışıqlar aparmağı planlaşıdırır.

Maduronun sözlərinə görə, Rusiya ilə ikitərəfli münasibətlərin bütün aspektlərinə yeni təkan vermək niyyətindədir.

Gununsesi.org