Maduro Trampı dialoqa çağırıb

  • By admin
  • 20 Fevral 2018 09:00

Venesuela prezidenti Nikolas Maduro ABŞ prezidenti Donald Trampı dialoqu başlamağa və bunun üçün “məkan və zamanı” seçməyə təklif edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Venesuela başçısı “Tvitter” sosial şəbəkəsində yazıb.

“Donald Tramp bəyan edirdi ki, ABŞ-ın siyasəti digər ölkələrin daxili işlərinə müdaxilə etməməkdir. Bu sözlərə əməl edərək aqressiyadan dialoqa keçməyin vaxtı çatıb. Karakas və yaxud Vaşinqtonda – heç bir fərq yoxdur. Vaxt və yer, mən orada olacağam”, deyə N.Maduro yazıb.

Daha öncə ABŞ-ın dövlət katibi Reks Tillerson Venesuelaya qarşı neft embarqosunun tətbiqi ehtimalının nəzərdən keçirildiyini bildirib.

Gununsesi.info