Maduro Trampla görüşmək istəyir - "BAX, BU DA MƏNİM SƏNƏ UZATDIĞIM ƏL"

  • By admin
  • 11 Avqust 2017 11:12

default (2)

Venesuela prezidenti Nikolas Maduro ABŞ prezidenti Donald Trampla görüşmək istəyir.

Gununsesi.info AR-ə istindadən xəbər verir ki, Venesuela prezidenti yeni təsis assambleyasına ünvanladığı müraciətdə xarici işlər nazirinə Trampla görüşü təşkil etməyi tapşırıb.

Prezident xarici işlər nazirindən ABŞ-a xahişlə müraciət edərək Trampla ya telefon danışığına şərait yaratmağı və yaxud da sentyabrda BMT-nin Baş Assambleyasının sessiyası çərçivəsində görüşə şarait yaratmasını istəyib.

“Cənab Donald Tramp bax, bu da mənim sənə uzatdığım əl”- deyən Nikolas Maduro Rusiya ilə olduğu kimi ABŞ-la da sıx əlaqələr qurmaq istədiyini dilə gətirib.

Gununsesi.info