
Oğurluqda şübhəli bilinənlər şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 18-dən cari il yanvarın 12-dək olan müddətdə Gəncə şəhərində 2 avtomobildən yanacaq və maqnitafon, habelə 1 evdən məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Asiman Babazadə və İbrahim Xudaverdiyev tutulublar.
Eyni zamanda Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 19-da rayon ərazisindəki evlərdən birindən 34 manat pul və 8500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən rayon sakini Təranə Qurbanova saxlanılıb.
Eləcə də Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki yaşayış evlərindən birinin zirzəmisindən 300 metr elektrik kabeli və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən şəhər sakini Sərvər Dadaşov tutulub.
Anar
Gununsesi.info