Makron İranı nüvə danışıqlarına qayıtmağa çağırdı

  • By admin
  • 09 Avqust 2021 20:20

Fransa Prezidenti Emmanuel Makron və İranın yeni Prezidenti İbrahim Rəisi arasında telefon danışığı baş tutub.

Gununsesi.info  xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Makron İranı 2015 -ci il nüvə anlaşması ilə bağlı danışıqları bərpa etməyə çağırıb.

Fransa Prezidenti ikitərəfli əlaqələri dərinləşdirmək üçün Paris və Tehran arasında dialoqun davam etdirilməsini qeyd edib.