
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Fransanın Prezidenti Emmanuel Makron Varşavanı Avropa ittifaqının (Aİ) maraqlarını pozmaqda tənqid edib. Onun sözlərinə görə, Polşa özünütəcrid vəziyyətinə düşüb.
Vahid Avropada işləmək imkanı alan təhkim olunmuş işçilərin statusunu müzakirə edərkən, Makron Bolqarıstan Prezidenti Rumen Radevlə telefon söhbətindən sonra bildirib ki, Polşa hakimiyyəti Aİ tərəfindən vacib dəstəyi almayacaq.
«Mən elə düşünmürəm ki, Varşavanın mövqeyi islahatlara mane olacaq. Bu məsələ yüksək ixtisaslı əksəriyyət tərəfindən həll olunacaq. Ümid edirəm ki, dəyişikliklərin vacibliyi məsələsində Aİ liderlərini inandıra biləcəm» – deyə, Makron bəyan edib.
Fransa Polşadan, Rumıniyadan, Slovakiyadan və Bolqarıstandan olan əmək miqrantlarına Avropa ölkələrində işləmək hüququ verən əmək kontraktlarının müddətini 3 ildən 1 ilə endirmək niyyətindədir.
Polşanın xarici işlər naziri Vitold Vaşikovski Makrona cavab verib: «Biz, təcrid vəziyyətində deyilik. Bu gün bizdə vacib beynəlxalq tədbirdir, odur ki, Prezident Makron xəbərləri izləmir və Avropanın bu hissəsində nə baş verdiyini bilmir. Nə etmək olar? – hərdən belə də olur…».
Beynəlxalq tədbir dedikdə, Polşalı diplomat Varşavada NATO Baş katibi Yens Stoltenberqin, Rumıniya və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə başlanmış görüşü nəzərdə tutub.
Gununsesi.info












