Makron Ukraynanın müdafiə naziri Reznikovu qəbul edib

Fransa prezidenti Emmanuel Makron çərşənbə axşamı, yanvarın 31-də Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Aleksey Reznikovla görüşüb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki , bu haqqda məlumatı Le Monde bildirib.

Bundan başqa, Ukrayna Radasının spikeri Ruslan Stefançuk da Ukrayna nümayəndə heyətinin tərkibində olub. Hazırda Fransa dövlət başçısı və Ukrayna müdafiə nazirinin hansı mövzuları müzakirə etdiyi açıqlanmıyıb. Makron Ukraynaya döyüş təyyarələrinin tədarükünü istisna etməyib. Yelisey sarayında Ukrayna Müdafiə Nazirliyinin rəhbərinin qəbulu olub. Öz növbəsində Stefançuk Milli Assambleyada və senatorlar qarşısında çıxış etməyi planlaşdırıb.