Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Bildirilib ki, Makron bir daha Paşinyanı parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tərəflər Ermənistan-Fransa strateji tərəfdaşlığının gündəliyindəki məsələlər ilə bağlı fikir mübadiləsi aparıblar.
Görüş zamanı Ermənistan-Avropa Birliyi tərəfdaşlığının dərinləşdirilməsi prosesi, həmçinin regional və beynəlxalq məsələlər müzakirə olunub.
Makron və Paşinyan Ermənistanla Azərbaycan arasında sülh prosesi ilə bağlı da öz fikirlərini bölüşüblər.











