“Makronun prezident seçkisindəki qələbəsi işin yarısıdır, əsas məsələ parlament seçkisində qələbə çalmaqdır” - POLİTOLOQ

  • By admin
  • 08 May 2017 23:05

emmanuel makron

“Emmanuel Makronun Fransada prezident seçkisindəki qələbəsi işin yarısıdır. İndi əsas məsələ iyunda parlament seçkisində qələbə çalmaqdır”.

Gununsesi.info-nun xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.

O, qeyd edib ki, çünki müxalifət parlamentdə səs çoxluğu əldə etsə, Makron müxalif baş nazirlə birgə işləmək məcburiyyətində qalacaq.

“Bu halda islahatları sürətləndirmək çətin olacaq.

Ancaq Makronun yüksək reytinqini nəzərə alaraq,onun yeni yaratdığı hərəkatın parlament seçkisində səs çoxluğu əldə etməsi mümkündür”-deyə, E. Şahinoğlu sözlərinə əlavə edib.

Gununsesi.info