Maksim Sokolov: “Terror aktı versiyası istisna edilir”

  • By admin
  • 26 Dekabr 2016 14:34

gemi-tu-154

“İçərisində 92 nəfərin olduğu “TU-154” tipli təyyarəninm qəzaya uğramasının səbəbləri arasında terror aktı istisna edilir”.

Gununsesi.info-nun Türkiyənin “Akşam” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın nəqliyyat naziri Maksim Sokolov deyib.

O,bildirib ki, hadisədə terror versiyası istisna olunur, təyyarənin ya texniki səbəblər, ya pilot səhvi üzündən qəzaya uğradığı təxmin edilir:

“Hələlik təyyarəninm qəzaya uğramasının səbəbləri ilə bağlı qəti bir fikir söyləmək çətindir. Hazırda təyyarənin ya texniki səbəblər, ya pilot səhvi üzündən qəzaya uğradığı versiyası üzərində iş aparılır”.

Məlumata görə, Rusiya Müdafiə Nazirliyinə aid “Tu-154” tipli təyyarənin düşdüyü ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

İndiyə kimi 11 cəsədə və təyyarəyə aid 154 parça aşkar edilib. Xilasetmə işlərinə 35 gəmi, 135 dalğıc, 7 sualtı müşahidə vasitəsi və 3 min 500 adam cəlb edilib. Hazırda cəsədlərin təyyarə ilə Moskvaya göndərilməsi gözlənilir.

Qeyd edək ki, hələlik “Tu-154” tipli təyyarənin “qara qutusu” tapılmayıb.

Anar

Gununsesi.info