Mal-qara oğruları tutuldu

  • Müəllif: admin
  • 29 İyun 2017 14:18

inek

2 baş inək və 3 baş qoyun oğurlamaqda şübhəli bilinən Bərdə və Xocavənd rayon sakinləri tutulublar.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Sabirabad və İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 16-da Mincivan Zamanova məxsus yardımçı təsərrüfatdan 2 baş inək oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş İlyas Bədəlov və Xocavənd rayon sakini Ramil Cəfərov tutulublar.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların cari ilin fevral ayının 2-də Sabirabad rayonunun Nizamikənd kənd sakini Nənəxanım Quliyevaya məxsus yardımçı təsərrüfatdan 3 baş qoyun oğurlamaları da müəyyən edilib.

Anar
Gununsesi.info