Maliyyə Monitorinqi Xidməti iranla əməkdaşlığı bərpa edib

  • By admin
  • 08 Sentyabr 2016 16:05

maliye

Maliyyə Bazarlarına Nəzarət Palatasının 05 sentyabr 2016-cı il tarixli əmrinə uyğun olaraq, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) siyahısı” yenilənib.

Gununsesi.info Maliyyə Monitorinqi Xidmətinin saytında yer alan məlumata istinadən xəbər verir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) 2016-cı ilin 22-24 iyun tarixlərində keçirilmiş plenar iclasında İrana qarşı təsir tədbirlərinin 12 ay müddətinə dayandırılması barədə qərar qəbul edilib.

Buna görə də İranın adının 24 iyun 2017-ci il tarixinədək “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayət-karlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) siyahısı”ndan çıxarılmasına qərar verilib.

Anar

Gununsesi.info