Maliyyə Nazirliyi Avropa Məhkəməsinin qərarlarına görə verdiyi təzminatın məbləğini gizli saxlayır

  • By admin
  • 30 Mart 2023 12:41

Son iki il ərzində  Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycana qarşı qərarlarının sayında artım hiss olunur.

Qeyd edək ki, Avropa Məhkəməsinin qərarlarına uyğun olaraq, Maliyyə Nazirliyi vətəndaşlara kompensasiya ödəyir.

Bəs görəsən, məhkəmə qanunsuzluqları sahəsində zərərə düşən dövlət büdcəsindən   ötən il ərzində nə qədər vəsait bu cərimələrə yönləndirilib? 

Məsələ ilə  adışəkilən nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinə müraciət etsək də cavab ala bilmədik.

Nazirlik dəfələrlə verdiyimiz yazılı və şifahi sorğulara baxmayaraq, bu barədə açıqlama verməkdən yayındı.

Dövlət Statistika Komitəsindən isə Gununsesi.info-nun sorğusuna cavab olaraq bildirilib ki, bu barədə məlumat onlarla bölüşdürülmədiyindən hər hansı rəqəm yoxdur.

 

Afət Abbasova

Gununsesi.info