Maliyyə sanksiyaları sərtləşdirildi - VERGİ ÖDƏYİCİLƏRİNƏ QARŞI

  • Müəllif: admin
  • 14 Dekabr 2016 16:46
VERGİ
Maliyyə sanksiyalarının sərtləşdirlməsi təklifi Vergi Məcələsinə nəzərdə tutulan dəyişiklikdə əksini tapıb.
Gununsesi.info xəbər verir ki, bunu Vergilər naziri Fazil Məmmədov Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında  deyib.
Nazir deyib ki, Vergi Məcəlləsinin 58.7-1 maddəsinə nəzərdə tutulan əlavəyə əsasən “qanunla  nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə malı təqdimedən vergi ödəyicisinə qanunvericiliyi pozmaqla aparılan əməliyyatınümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox  belə hala yol verdikdə 40 faiz miqdarında maliyyə sanksiyaları tətbiq edilməsi nəzərdə tutulur”.
 Məcəllənin 58.8 maddəsinə təklif edilən dəyişikliyə əsasən  səyyar vergi yoxlayıcısı və operativ  verginəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura, və ya elektron qaimə-faktura və ya  elektron vergi hesab-faktura,  idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdəisə bu Məcəllənin 130-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda:
“58.8.1 pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə  və ya uçota alınmamasına görə -1000 manatdan çox olan hissəsinin 5 faizi, il ərzində belə hal təkrar edildikdə 1000 manatdan çox olan hissəsinə 10 faiz maliyyə sanksiyası  tətəbiq ediləcək.
58.8.2 maddəsinə nəzərdə tutulan  dəyişiklikdə isəmalların alışını və ya mədaxilini nəzərdə tutan sənədlərdən  ən azı biri olmadıqda- alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi,  ikinci dəfə yol verdikdə 20 faizi, bu hal üç və daha çox  təkrar edilərsə malların 40 faizi həcmində maliyyə sanksiyasının tətbiqi nəzərdə tutulur.
Məcəllənin 58.12-ci maddəsində isə sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi halları pozulduqda;- birinci halda  aylı sabit vergi məbləğinin 40 faizi, ikinci və ya daha çox təkrar etdikdə sabit vergi məbləğinin 100 faizi həcmində maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur”.
Mürtəza 
Gununsesi.info