Manaf Ağayev Fədayənin ailəsini qaranlıqda qoymadı - "EVƏ PUL GƏTİRƏN YOXDUR"

  • By admin
  • 18 Yanvar 2018 10:54

“Fədayə Laçının ailəsi bir müddət idi ki, imkansızlıq ucbatından elektrik xərclərini ödəyə bilmədiklərinə görə qaranlıqda qalmışdı”.

Gununsesi.info-nun xəbərinə görə, bu haqda müğənni Manaf Ağayev şou-proqramlardan birində belə deyib.

Onun sözlərinə görə, hazırda həbsdə olan və ailəsi kirayədə yaşayan F.Laçının ailə üzvləri elektrik və digər kommunikasiya xərclərini ödəyə bilmədiklərindən çətinlik çəkirlər: “Evə pul gətirən yoxdur, xəbər tutan kimi getdim. Gecə saat 2-yə kimi problemi həll etdim. Allah qapısını açsın, sənət yoldaşımdır, bunu özümə borc bilirəm”-, deyə o bildirib.

Gülnaz Qənbərli

Gununsesi.info