Manaf Ağayev ölkədə gündəm olan oğluna aldığı lüks avtomobil haqqında danışdı – VİDEO

  • By admin
  • 06 İyun 2020 11:31

Azərbaycan şou-biznesinin ən varlı müğənnisi hesab olunan Manaf Ağayevin Buzovnadakı dəbdəbəli villasında çəkib, sosial media hesabında paylaşdığı fotoları onu dilə-dişə salıb.

Gununsesi.org xəbər verir ki, sənətçi ATV telekanalında yayımlanan “7 canlı” axşam şousunda şəkillərdə əks olunan sarı rəngli “Opel Speedster Turbo” markalı lüks avtomobilindən söz açıb.

M.Ağayev hamının bahalı kimi qələmə verdiyi idman avtomobilinin, əslində, köhnə və ucuz olduğunu açıqlayıb:

“Avtomobili kiçik oğlum Müşfiq üçün almışam. İnsanlar elə düşünürlər ki, bu avtomobil çox bahalıdır. Amma belə deyil. Qiymətini açıqlamaq istəmirəm. Bircə onu deyə bilərəm ki, idman avtomobilinin ili köhnədir. Çox ucuz maşındır”.

 

 

Qeyd edək ki, M.Ağayevin iki oğul, bir qızı var. Sənətçi böyük oğlu Elçini iki il öncə evləndirib. Bu toy mərasimi mediaya qapalı şəkildə keçirilib. Müğənninin kiçik oğlu Müşfiq nişanlansa da, toyu karantin rejiminə görə təxirə salınıb.

 

Gununsesi.org