Manat bahalaşıb - PROQNOZ

  • By admin
  • 30 Sentyabr 2016 10:24

dollar_euro_090415
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

Gununsesi.info qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 29-u ilə müqayisədə 0,25% ucuzlaşaraq 1,6211 manat olub.
Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,35% zəifləyərək 1,8187 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl sentyabrın 29-u ilə müqayisədə 0,39% zəifləyərək 0,0257 manat səviyyəsinə enib.
Türkiyə lirəsinin məzənnəsi isə 1% ucuzlaşaraq 0,5398 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1026 manatdır. Beləliklə, funt sterlinq 0,62%-lik ucuzlaşma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi 0,07% bahalaşaraq 0,6935 manat təşkil edib.

Anar

Gununsesi.info