Manat yenə ucuzlaşdı - MƏZƏNNƏ

  • Müəllif: admin
  • 21 Oktyabr 2016 08:50

DOLAR

Azərbaycan Mərkəzi Bankı (AMB) 21 oktyabr tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Gununsesi.info-ya verilən məlumata görə, oktyabrın 21-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 20-si ilə müqayisədə 0,38% bahalaşaraq 1,6091 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,17% zəifləyərək 1,7543 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 20-si ilə müqayisədə dəyişməyərək 0,0258 manat səviyyəsində qərarlaşıb.

Türkiyə lirəsinin məzənnəsi isə 0,3% möhkəmlənərək 0,5248 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9697 manatdır. Beləliklə, funt sterlinq 0,1%-lik artım nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,16% bahalaşaraq 0,6818 manat təşkil edib.

Anar
Gununsesi.info