Manatın taleyi Amerikadan  asılıdır

  • By admin
  • 02 Sentyabr 2016 17:20
qubad
İqtisadçı alim belə hesab edir ki, manatın taleyi Amerikadan  asılıdır. Bununla bağlı Qubad İbadoğlu manatın gələciy ilə bağlı mövqeyini açılayıb.
Gununsesi.info xəbər verir ki, iqtisadşı alim Q.İbadoğlu öz Facebook səhifəsində manatın gələcək taleyi ilə bağlı deyib ki, Azərbaycan iqtisadiyyatının durumu milli valyutanın sabitliyindən, milli valyutanın sabitliyi də iqtisadiyyatın durumundan asılıdıır. “Hər iki problemin həllinin yeganə yolu islahatlardan keçir. İslahatlar paketinin, yol xəritəsinin hazırlanması işinə gəlincə, buna məsul olanlar onun konseptual əsaslarının hazırlanmasını yerli mütəxəssislərə deyil, baş ofisi ABŞ-ın Nyu-York şəhərində yerləşən McKinsey qlobal konsaltinq şirkətinə tapşırıblar”- deyə o bildirib.
Onun szlərinə görə,  10 mindən çox məsləhətçısı və 2000-dək tədqiqatçısı olan McKinsey şirkəti dünyanın müxtəlif ölkələrində hökümətlərə, şirkətlərə, qeyri- dövlət təşkilatlarına xidmət edir: “McKinsey bu dəfə də sirarişi Azərbaycan hökümətindən alıb və razılaşmaya görə, islahatlara keçid üçün yol xəritəsi bu ilin oktyabrında təqdim olunacaq”.
 
Ekspert  bildirib ki, 5 ay bundan əvvəl hazırlanmasına başlanan bu sənədi maraqla gözləyirəm: “Lakin əvvəlcədən bir məqama diqqət çəkmək istərdim. Təcrübə göstərir ki, beynəlxalq şirkətlərin işinin ən zəif tərəfi onların yerli xüsusisiyyətlərə nəzərə alınmadan sənədlər və tövsiyyələr hazırlanmasıdır. Azərbaycan iqtisadiyyatının yerli xüsusiyyətləri daha spesifik və mürəkkəbdir, ölkədə baş verənlərin bir çoxu daha çox subyektiv amillərin və yazılmamış qanunların təsirindən qaynaqlanır. Bu xüsusiyyətlərin və “qanunauyğunluqların” genezisini bilmədən hazırlanmış hər hansı proqram Azərbaycan iqtisadiyyatının hazırkı durumunda səmərə verməyəcək. 
Eyni zamanda islahatların nəticəsi ona olan inamdan da çox asıldıır. Manatın hazırkı durumu, maliyyə-bank sistemində qeyri-ardıcıl siyasət, dövlət maliyyəsinində pis idarəçilik, korrupsiya və iri miqyaslı mənimsəmələr bu inamı çoxdan sarsıdıb. Buna Beynəlxalq Bankda baş verənlərlə bağlı onun sabiq sədri Cahangir Hacıyevin məhkəmə çıxışları və Maliyyə Nazirliyinin son açıqlamaları da əyani misaldır. Bu açıqlamalara görə, 2009-cu ilin oktyabr ayından 2015-ci ilin mart ayınadək Beynəlxalq Bank hüquqi və fiziki şəxslərə ümumilikdə 1,3 milyard manat, 1,4 milyard dollar və 300 milyon avro həcmlərində kreditlər verib ki, bunların da əksəriyyəti problemli və ümidsiz kreditlər olub. Eyni zamanda, 3,7 milyard dollar və 1,1 milyard avro vəsait ölkədən çıxarılaraq müsbət reputasiyaya və ya kredit reytinqinə malik olmayan, əksəriyyəti ofşorlarda yeni yaradılmış şirkətlərin borc kağızlarının (veksellərin) alınmasına sərf olunub.
Görəsən, McKinsey hazırladığı sənədlərdə bu reallıqları nəzərə alacaqmı?”.
Gununsesi.info