“Mançester” terrorçusunun kiçik qardaşı və atası həbs edildi - LİVİYADA - YENİLƏNİB

  • Müəllif: admin
  • 24 May 2017 22:57

mances-1

Tripolidə İngiltərənin Mançester şəhərində terror aktı törədən Salman Abedinin kiçik qardaşı həbs edilib.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, 1997-ci il təvəllüdlü Həşim Abedi mayın 23-də tutulub. Onun İŞİD terror qruplaşması ilə əlaqəli olduğu bildirilir.

Bundan əvvəl Mançesterdə terrorçu-kamikadzenin daha bir qardaşı İsmayıl Abedi saxlanılıb. Onun həbsini Tripolidə yaşayan qardaşların atası Ramadan Abedi təsdiqləyib.

Qeyd edək ki, mayın 23-də Mançesterdə törədilən partlayış nəticəsində 22 nəfər ölüb, 120 nəfər yaralanıb. Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

***

Mançesterdə terror aktı törədən Salman Abedinin atası da saxlanılıb.

Ramadan Abedi Tripolidə televiziyaya müsahibə verərkən maskalı şəxslər tərəfindən saxlanılıb.

Onun 90-cı illərdə Liviya İslam Döyüşçü Qrupunun (LİFG) üzvü olduğu ehtimal edilir.  Təşkilat Böyük Britaniyada terrorçu kimi tanınır.

Gununsesi.info