“Mançester Yunayted”i almıram, bu bir zarafat idi” -İlon Mask

  • By admin
  • 17 Avqust 2022 09:46

“Tesla”nın rəhbəri, amerikalı milyarder İlon Mask İngiltərənin ən titullu futbol klublarından birini – “Mançester Yunayted”i satın alması ilə bağlı xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

Gununsesi.info xəbər verir ki, o, bu barədə Twitter səhifəsində yazıb. Milyarder bunun sadəcə zarafat olduğunu vurğulayıb.

Qeyd edək ki, İlon Mask daha əvvəl “Mançester Yunayted”i satın aldığını bildirmiş və bu barədə daha ətraflı məlumat verməmişdi.

Gununsesi.info