MARAQLI ADDIM: Bu ölkədə virusa yoluxan turistə tətil pulsuz olacaq

  • By admin
  • 29 May 2020 11:58

Kipr iyunda turistləri tətilə cəlb etmək üçün yeni kampaniyaya start verib.

Gununsesi.org “MediaPost”a istinadla xəbər verir ki, kampaniya “Tətilə gəl! Virusa yoluxsan, müalicə pulsuzdur” adlanır.

Kipr xarici işlər, turizm və nəqliyyat nazirlərinin imzaladığı öhdəliklərə görə ilkin mərhələdə turistlər üçün 100, sonrakı mərhələdə isə 220 çarpayılı xəstəxana ayrılacaq. Qərara görə, turistlər burada koronavirusa yoluxarsa, reanimasiya, süni nəfəs aparatlarıda daxil olmaqla bütün xərclər dövlət tərəfindən qarşılanacaq.

Kiprin özəl turizm şirkətlərinə karantin tətbiq etməyəcəyi bildirilib.

Gununsesi.org