Mark Zukerberqi uşaqları “Messenger Kids” proqramından qorumağa çağırıblar

  • By admin
  • 01 Fevral 2018 17:06

Bir sıra səhiyyə təşkilatlarının nümayəndələri “Facebook”un baş direktoru Mark Zukerberqə ünvanlanmış açıq məktubu dərc ediblər. Aktivistlər məktubda şirkəti “Messenger Kids” proqramının fəaliyyətini dayandırmağa çağırıblar. Onlar iddia edirlər ki, mobil proqram yaşı 13-dən az olmayan uşaqlar üçün nəzərdə tutulub, halbuki şirkət bu servisi “5-12 yaşlı uşaqlar üçün sadə və təhlükəsiz” kimi  təsvir edirlər.

Gununsesi.info “ICTnews”a istinadən xəbər verir ki, “azyaşlı uşaqlar internet üzərindən ünsiyyətə hazır deyillər – aktivistlər məktubda iddia edirlər. Onlar reallıq və sosial şəbəkədə ünsiyyət arasında dəqiq sərhəd müəyyənləşdirmək, həm də məxfiliyi başa düşəcək yaşda deyillər”. Həmçinin aktivistlər narahatdırlar ki, uşaqlar gələcəkdə rəqəmli qurğulara olan asılılıqdan xilas ola bilməyəcək, çünki uşaqlıqdan bu qurğulardan istifadəyə vərdiş edəcəklər.

“Facebook” şirkətinin əməkdaşları bildirirlər ki, “Messenger Kids” mobil proqramı valideyn və uşaqların daima əlaqədə olmasına xidmət edir. Bu servis valideyn və uşaq psixoloqları ilə birgə hazırlanıb, bütün kontaktlar və uşaqların fəaliyyəti valideynlərin nəzarəti altındadır.

Gununsesi.info