Marketdən oğurluq etmək istəyən şəxs tutulub

  • By admin
  • 07 Aprel 2018 13:16

Aprelin 6-da saat 3 radələrində Yasamal Rayon Mühafizə İdarəsinə ərazidəki qorunan marketlərin birindən həyəcan siqnalı daxil olub.

DİN Mətbuat Xidmətindən Gununsesi.info-ya daxil olan məlumata əsasən dərhal 2-ci Alatava yaşayış sahəsindəki həmin ünvana gələn İdarənin əməkdaşları oradan oğurluğa cəhd edən şəxsi cinayət başında yaxalayaraq 29-cu Polis Şöbəsinə təhvil veriblər.
Şöbədə aparılan araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sənan Zeynalov olduğu müəyyən edilib.
Aprelin 6-da Yasamal rayonunun A.Şərifzadə küçəsində bir qadına qarşı zor tətbiq edərək soyğunçuluq yolu ilə mobil telefonunu almaqda şübhəli bilinən şəxs 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş Pərvin Aslanov olduğu müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.

Gununsesi.info