Martin Shulz Ərdoğan haqda sərt ifadələr işlədib

  • Müəllif: admin
  • 29 İyun 2017 11:18

erdogan-shulz-300x163

Almaniyanın Sosial Demokrat Partiyanın baş nazir postuna namizədi Martin Shulz Ərdoğan haqda sərt ifadələr işlədib.

Gununsesi.info xəbər verir ki, o, 7-8 iyulda keçiriləcək G-20 sammitində iştirak etmək üçün Almaniyaya səfər edəcək Türkiyə prezideni Ərdoğana geniş fəaliyyət imkanları tanınmamasını istəyib.

Shulz Ərdoğanı dəyərləri ayaqlar altına atmaqda ittiham edib.

“Öz ölkələrində dəyərlərimizi ayaqlar altına atan siyasətçilər Almaniyada təxribatçı tədbirlər təşkil edə bilməzlər. Türkiyədə müxalifləri və jurnalistləri həbsxanaya atan Ərdoğana Almaniyada geniş fəaliyyət imkanları yaradılmasını itəmirəm,”- deyə Shulz qeyd edib.

Xatırladaq ki, G-20 sammitində iştirak etmək üçün Almaniyaya səfəri gözlənilən Ərdoğanın bu ölkədəki türklərə xitab olaraq çıxış etməsi planlaşdırılır.

Gununsesi.info