Masallıda ev yanıb

  • By admin
  • 09 Fevral 2018 09:05

Masallı rayonunun Göyəçöl kəndində ümumi sahəsi 210 m2 olan ikimərtəbəli 5 otaqlı evin birinci mərtəbəsində 1 otağın və dəhlizin yanar konstruksiyaları 55 m2 sahədə, ikinci mərtəbədə 3 otağın və dəhlizin yanar konstruksiyaları 105 m2 sahədə yanıb.

Gununsesi.info-nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info