Masallıda evində meyiti tapılan yaşlı qadın öldürülüb - FOTOLAR

  • By admin
  • 05 May 2017 17:30

1untitled-11493991010

Masallıda evində meyiti tapılan yaşlı qadının qətlə yetirildiyi məlum olub.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin regional şöbəsinə aparılan meyitin müayinəsi başa çatıb. Ekspertizanın nəticələrinə əsasən, qadının bədənində 3 bıçaq xəsarəti aşkarlanıb.

Onun boynundan asılı olan pul kisəsi və barmağından qızıl üzüyü çıxarılaraq, oğurlanıb. Faktla bağlı araşdırma davam edir, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

masalli-evde-meyit-05052017-11493990992 0masalli-evde-meyit-05052017-21493991010

Gununsesi.info