Masallıda silahlı insident: 1 NƏFƏR ÖLDÜRÜLDÜ

  • By admin
  • 21 Dekabr 2016 17:49

tufeng

Masallı rayonunda qətl hadisəsi baş verib.

Gununsesi.info-nun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Türkoba kəndi ərazisində qeydə alınıb. Lənkəranın Boladi kənd sakini olan Fariz adlı şəxs odlu silahla Masallının Boradigah qəsəbə sakini tərəfindən qətlə yetirilib. Hadisə yerində dünyasını dəyişmiş şəxsin meyiti  müayinə olunmaqdan ötrü Cəlilabad morquna aparılıb.

Məlumata görə, hadisəni törətmiş şəxs könüllü polisə təslim olub.

Hazırda Masallı rayonunun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Gununsesi.info