Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

25 Fevral 2018
24 Fevral 2018

15 Fevral 2018 - 12:05

Maşın bazarındaQİYMƏTLƏR DƏYİŞDİ

Yanvar ayında, Bakının maşın bazarında qiymətlərin azalması müşahidə olunub.

Gununsesi.info xəbər verir ki, bunu Trend-ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

R.Osmanlı bildirib ki, 2017-ci ilin dekabr ayında avtomobil bazarında daha çox qiymət artımı müşahidə olunmuşdu. Amma ötən ilin dekabrı ilə müqayisədə 2018-ci ilin yanvar ayında qiymətlər təqribən 6.5 faiz azaldı. Ümumilikdə isə son dövrlərdə avtomobil bazarında qiymətlərin artması müşahidə olunmaqdadır:

“Onun da səbəbləri bazarda baş verən proseslərlə əlaqədardır. Yəni aksiz vergisinin artırılması, idxalın müəyyən mənada azalması buna təsir edir”.

R.Osmanlının sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə avtomobil bazarında qiymətlərdə təqribən 20 faizdən artıq bahalaşma müşahidə olunub. Ekspert bildirib ki, bahalaşma qiyməti 40 min manata qədər olan avtomobillərdə daha çox özünü göstərib.

Gununsesi.info