Maşın kül oldu

  • Müəllif: admin
  • 30 İyun 2017 15:36

yanginsonduren

Qubada yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonun Qonaqkənd kəndində vətəndaşa məxsus “LADA” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Anar

Gununsesi.info