“Maşın şou”da biabırçılıq - XATUN ƏLİNİ ÇƏKDİ, MURAD ÖZÜNÜ GÖRMƏMƏZLİYƏ VURDU (VİDEO)

  • By admin
  • 19 Oktyabr 2017 09:50

59e7bc33dded8_11-1

“Maşın şou”nun efirində daha bir qalmaqal yaşanıb.

Gununsesi.info “yenicag”a istinadən xəbər verir ki, bu dəfə maşın qazanmaq iddiasında olan reper Xose və müğənni Xatunun sözü çəp gəlib.

Mübahisə zamanı Xose Xatuna əlini maşından çəkdiyini və bunun internetdə müzakirə olunduğunu deyib. Maraqlıdır ki, bu ittiham qarşısında Xatun sadəcə “nə gözəl” deyərək susmağa üstünlük verib.

Verilişin aparıcısı, şoumen Murad Dadaşov reperdən hansı “əl çəkməkdən” söhbət getdiyini soruşduqda isə Xose diqqətli tamaşaçıların bunu yaxşı bildiyini qeyd edib.

 

https://www.youtube.com/watch?v=KLw0QpZRfi0

Gununsesi.info