“”Maşın” şouda mən saxtakarlıq, yalan gördüm” - OKSANA

  • By admin
  • 23 Oktyabr 2017 12:38

aksana

ATV kanalında yayımlanan “Maşın” realiti şousunda qalmaqallar davam edir.

Gununsesi.info metbuat.az-a istinadən xəbər verir ki, bir neçə gün öncə aparıcı Vüsalə Kərimova reper Elşad Xoseni şoudan uzaqlaşdırıb. Bu zaman reper ona “Yaşar səni mənə tapşırmışdı” deyib.

Keçmiş həyat yoldaşı reqqasə Oksana Rəsulova Elşad Xosenin müdafiəsinə qalxıb:

“Bəziləri düşünür ki, bizim Elşadla münasibətimiz var və ona dəstək oluram. Ancaq belə deyil. Bu şouda mən saxtakarlıq, yalan, yersiz ifadələr gördüm. “Maşın” şouda mənim başqa dostum olsaydı, yenə də eyni fikiri söyləyərdim”.

Gununsesi.info