Maska taxmayanlar 222 manat cərimələnəcək – İstanbulda

  • By admin
  • 19 İyun 2020 12:12

Türkiyənin İstanbul şəhərində tibbi maska taxmayanlar 900 lirə (təxminən 223 AZN) məbləğində cərimə ediləcək.

Gununsesi.org “Haberler”ə istinadən xəbər verir ki, əvvəllər fərqli cərimə məbləği mövcud olub. Bu fərqi aradan qaldırmaq üçün İstanbul şəhəri Ümumi Gigiyena Məclisi vahid cərimə məbləği müəyyənləşdirib. İyunun 18-də verilən qərara əsasən, İstanbulda maska taxmayanlar 900 lirə məbləğində cərimələnəcək. Qərar iyunun 19-dan qüvvəyə minib.

Qeyd edək ki, koronavirusa görə Türkiyənin 48 şəhərində maska taxmaq məcburidir. Buna əməl etməyənlər müxtəlif bölgələrdə fərqli məbləğdə cərimələnir.  

Xatırladaq ki, son sutkada Türkiyədə koronavirusa 1 304 yoluxma faktı qeydə alınıb, 21 nəfər ölüb. İndiyə qədər ölkədə 184 031 nəfər COVID-19-a yoluxub, 4 882 nəfər pandemya qurbanı olub.

Gununsesi.org