
“Mazımçay” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi yük avtomobilinə baxış keçirilib.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, yoxlama zamanı, avtomobil sürücüsünün şalvarının cibində bir ədəd bükümdə, qablaşdırılması ilə birgə çəkisi 0,3 q olan narkotik vasitə – marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info










