MDB ölkələri arasında ticarət dövriyyəsinin həcmi 75 mlrd dollara çatıb

  • Müəllif: admin
  • 11 Oktyabr 2017 19:43

59d762a99b190_1putinabs_1497507165

“Bu ilin əvvəlindən MDB ölkələri arasında ticarət dövriyyəsinin həcmi 25 faiz artıb”.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin MDBdövlət başçılarının sammitinin geniş tərkibli iclasında bildirib.

O, Birlik ölkələri arasında ticarət dövriyyəsinin bu ilin əvvəlindən 25 faiz artaraq 75 mlrd. dollara çatdığını söyləyib: “Bu ilin əvvəlindən bizim ölkələrdə iqtisadi fəallığın bərpası müşahidə olunur”.
Rusiya prezidentinin fikrincə, MDB ölkələri arasında ticarət dövriyyəsinin gələcəkdə dayanıqlı inkişafını təmin etmək üçün azad ticarət rejiminin yaradılması, malların hərəkətinə mane olan amillərin aradan götürülməsi, gömrük prosedurlarının sadələşdirilməsi gərəkdir.

Gununsesi.info