
Türkiyədə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Gununsesi.info “Bir Gün” qəzetinə istinadən verdiyi xəbərə görə, FETÖ-ə qarşı aparılan istintaq tədbirləri çərçivəsində Türkiyə polisi Türkiyənin Radio və Televiziya Yayım Qurumunda (Radyo ve Televizyon Üst Kurulu) əməliyyat keçirib. Əməliyyat zamanı adıçəkilən qurumun 28 əməkdaşı nəzarətə götürülüb.
Qeyd edək ki, saxlanılanlar arasında Türkiyənin Radio və Televiziya Yayım Qurumun sədir köməkçisi də var.
Anar
Gununsesi.info












