Mediatorlar Beynəlxalq Konfransda iştirak edib

20 dekabr 2023-cü il tarixində Gürcüstan Mediatorlar Assosiasiyası, Alman Korperasiyası və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının təşkilatçılığı ilə “Tiflisdə mediasiya üzrə regional əməkdaşlıq” mövzusunda birinci illik beynəlxalq konfrans keçirilib.

Konfransda Gürcüstan Mediatorlar Assosiasiyasının sədri cənab İrakli Kandaşvili və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının nümayəndəsi Levan Asatiani açılış nitqi ilə çıxış ediblər. Daha sonra konfrans iştirakçıların təqdimatları ilə davam edib.

Azərbaycan Respublikası Mediasiya Şurasını İdarə Heyəti sədrinin Beynəlxalq əlaqələr üzrə müşaviri Yunis Nəsibov, Bakı 15 saylı Mediasiya təşkilatının rəhbəri, təlimçi Qasım Şalıyev, İntizam Komissiyasının üzvü Gülşən Salmanova və Bakı 2 saylı mediasiya təşkilatının rəhbəri İlhamə Həsənova təmsil etmişdir.

Yunis Nəsibov konfransın 1-ci panelində çıxış etmiş, Mediasiyanın forması və onun prinsipləri, hüquqi bazası mövzusunda sualları cavablandırmışdır. Yunis Nəsibov Mediasiya Şurası adından Gürcüstan Mediatorlar Assosiasiyasının sədri İrakli Kandaşviliyə regionda mediasiya sahəsində dəstəyinə görə Diplom təqdim etmişdir.

Qasım Şaliyev mediasiyada vəkillərin rolu haqqında çıxış etmiş, məhkəmə həlli akti ilə mediasiya həlli akti/mediasiya həlli aktının icrası arasındakı fərqləri vurğulamışdır.

Возможно, это изображение 10 человек и текст

Возможно, это изображение 16 человек и костюм

Возможно, это изображение 4 человека и текст

Возможно, это изображение 4 человека и текст

Возможно, это изображение 3 человека и текст

Возможно, это изображение 2 человека и текст

Возможно, это изображение 2 человека и текст

Возможно, это изображение 2 человека и текст