Medvedevi 10 ilədək həbs gözləyir

  • By admin
  • 10 Oktyabr 2022 19:45

Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini və Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevi axtarışa verib .

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasında məlumat verilib.

Medvedyev Cinayət Məcəlləsinin 110 h.2. Maddəsi ilə ittiham olunur. (Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına hakimiyyət nümayəndəsi olan şəxs tərəfindən qəsd). Maddənin sanksiyasında əmlakı müsadirə olunmaqla və ya edilmədən 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Daxili İşlər Nazirliyinin axtarış məlumat bazası Medvedyevin 2022-ci il martın 1-də yoxa çıxdığını göstərir.

Gununsesi.info