Mehriban Əliyeva Azərbaycanı boykot edənləri və ona dəstək verənləri utandırdı - MİLLƏT VƏKİLİ

  • Müəllif: admin
  • 07 Mart 2017 12:50
fazail-ibrahimli
Mehriban xanım Əliyeva  təşkilatçılıq qabliyyəti ilə Azərbaycanın düşmənlərini və ona dəstək verənləri utandırdı.
Gununsesi.info xəbər verir ki, bu fikri  millət vəkili Fəzail İbrahimli Milli Məclisin bu gün keçirilən iclasında  Mehriban Əliyevanın fəaliyyəti ilə bağlı çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Mehriban Əliyevanın  çoxşaxəli fəaliyyətini kənara qoyub,  təkcə dünya və Azərbaycan tarixində şərəflə yazılacaq Birinci Avropa Oyunlarındakı təşkilatçılıq qabliyyəti və bu oyunun ölkəmizdə keçirilməsi ilə tarixə öz adınızı  yazdırmış oldunuz.
F.İbrahimli əlavə edib ki, Birinci Avropa Oyunlarının açılış mərasimində kürsüyə çıxan Mehriban Əliyeva bir daha  dünyanın diqqətini Azərbaycana yönəltməklə yanaşı, Azərbaycan həqiqətlərini bir dünya ictimaiyyətinə çatdırdınız. “ Mehriban xanımın yüksək  təşkilatçılıq qabliyyatı ilə bir daha Azərbaycanı dünyaya qalib və qüdrətli bir ölkə kimi təqdim etdi. Mehriban xanım yüksək təşkilatçılıq qabliyyəti ilə bu oyunları boykot  edən ölkələri və ona dəstək verən qüvvələri utandırdınız. Mehriban xanım nimdaş və boz sifətləri utandırdınız”- deyə, F. İbrahimli vurğulayıb.
F.İbrahimli M. Əliyevaya gələcək fəaliyyətində uğurlar arzuladı.
Mürtəza
Gununsesi.info