
Yəhudi əsilli Meksika prezidenti Klaudiya Şeynbaum Fələstini rəsmi olaraq dövlət kimi tanıyıb. Şeynbaum İsrailin Qəzzada Fələstin xalqına qarşı soyqırımını pisləyib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Meksikanın solçu prezidenti Klaudiya Şeynbaum Fələstini rəsmi olaraq dövlət kimi tanıyıb və Fələstin səfirini qonaq edib.
Yəhudi əsilli prezident Klaudiya Şeynbaum Mexikodakı Milli Sarayda Fələstinin səfiri Nadia RH Rəşidin etimadnaməsini rəsmi olaraq qəbul edib.
Şeynbaum və Rəşid Fələstin səfirliyinin “X” adlı hesabında paylaşdıqları fotoda poza veriblər. İsrailin Qəzzaya qarşı müharibəsi ilə bağlı Meksikanın mövqeyini tərifləyən Rəşid deyib:
“İnsanlığın gerçək üzünü təmsil edən, dinindən və irsindən asılı olmayaraq, bütün dünya üçün insan haqlarını müdafiə edən bir liderlə görüşmək nə qədər şərəflidir”.
Günel Həsənova