Meksika klubunun 8 futbolçusu koronavirusa yoluxdu

  • By admin
  • 21 May 2020 10:52

Meksikanın “Santos Laquna” klubunun 8 futbolçusu koronavirusa yoluxub. 

Gununsesi.org Meksika Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onların testlərinin nəticələri müsbət olub. Klub oyunçuların adlarını açıqlamayıb.

Qeyd edək ki, Meksika çempionatı koronavirus pandemiyası ilə əlaqədar vaxtından əvvəl başa çatdırılıb.

 

 

Gununsesi.org