Meksika sahillərində iri neft ehtiyatları aşkarlanıb

  • Müəllif: admin
  • 24 Mart 2017 08:20

neft-s

İtaliyanın “Eni” şirkəti Meksika sahillərində iri neft ehtiyatları aşkarlayıb. Hökumət ölkənin neft-qaz sektoruna beynəlxalq sərmayələrin qoyuluşuna icazə verdikdən sonra “Eni” burada neft quyusu qazan ilk xarici şirkət olub.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, konsernin rəhbəri Klaudio Deskaltsi kəşf edilən yatağın çox perspektivli olduğunu bildirib. Onun sözlərinə görə, yataq sahildən 7-8 km aralıda yerləşir: “Biz cəld hərəkət etmək istəyirik… Düşünürəm ki, 2-3 ildən sonra biz hasilata başlaya bilərik”.

Kəşf edilmiş yataqda neft ehtiyatlarının həcmi proqnozlaşdırılmış 800 mln. bareldən xeyli çox olduğu bildirilir.

Şirkət yataqda daha üç quyu qazmağı planlaşdırır.

Gununsesi.info