Meksikada avtoqəza oldu, çoxlu sayda insan öldü

  • By admin
  • 23 Noyabr 2019 12:48

Meksikanın cənubundakı Çyapas ştatında avtobusun qəzaya uğraması nəticəsində 7 nəfər ölüb, 40 nəfər yaralanıb.

Gununsesi.org-un APA-ya  istinadən verdiyi məlumata görə, nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirib, nəticədə avtobus yarğana düşüb.

Avtobus San-Kristobal-de-las-Kasas şəhərindən Mexikoya gedirmiş. Rəsmilər hadisənin təfərrüatları ilə əlaqədar istintaq araşdırmalarına başlayıb.

Avtomobil qəzasının mümkün səbəbləri barədə məlumat hələ açıqlanmayıb.

Gununsesi.org