Meksikada silahlı insident baş verib.
Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “SDP Noticias” nəşri məlumat yayıb.
Məlumata əsasən, hadisə Quanaxuato ştatının Purisima-del-Rinkon bələdiyyəsində qeydə alınıb. Sayı dəqiq bilinməyən silahlılar bara daxil olaraq insanları atəşə tutublar.
“Universal” qəzetinin məlumatına görə, 6 nəfər həlak olub. Daha 24 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirlib.
Faktla bağlı cinayət işi açılıb.
Gununsesi.info