Meksikada güclü zəlzələ oldu

Meksikanın cənubunda 6,5 ​​bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ 3,5 milyon insanın yaşadığı San Markos şəhərindən 15 km cənub-şərqdə yerləşən Gerrero ştatında baş verib.

Zəlzələnin episentri 10 km dərinlikdə olub.

Tələfat və dağıntılarla bağlı məlumat verilməyib.

Gununsesi.info