Meksikada helikopter qəzaya uğrayıb - FOTO

  • By admin
  • 23 Sentyabr 2017 09:46

helikopter

Meksikanın Oaxaka ştatında Baş Prokurorluğa məxsus helikopter qəzaya uğrayıb

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli xilasetmə xidməti məlumat yayıb

Məlumata əsasən helikopter zəlzələ qurbanlarına qida məhsulları aparan zaman qəzaya uğrayıb. Hadisə San-Pedro-Leapi şəhərində qeydə alınıb. Qəza nəticəsində hər iki pilot xəsarət alıb.

Qeyd edək ki, Meksikanın Milli Seysmologiya Mərkəzinin məlumatına əsasan 7,1 bal gücündə zəlzələnin episentri paytaxyt Mexikodan 111 km cənubda yerləşib.

Gununsesi.info